Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiyanın Kiyev və Kiyev vilayətinə buraxdığı 13 "Shahed-136” kamikadze pilotsuz uçuş aparatlarının hamısını vurub.
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Teleqram kanalında bildirib.
"Terrorçular bu səhəri 13 "Shahed”lə başlayıb. İlkin məlumata görə, 13-nün hamısı Ukrayna hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən vurulub. Əhsən. Mən qürur duyuram”, - Zelenski deyib.
Prezident ölkə əhalisini hava hücumu siqnallarına məhəl qoymamağa çağırıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı bildirib ki, Rusiya PUA-ları Azov dənizinin şərq sahilindən buraxır. Ukrayna Silahlı Qüvvələrinin radar qurğuları 10-dan çox uçan döyüş sursatı aşkar edərək onları məhv edib.
Alpər