Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin üç rayonunda irəliləməyi bacarıb və taktiki uğurlar əldə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında
bildirilir.
Məlumata görə, Ukrayna qoşunları zirehli texnikadan istifadə edərək mexanizasiya olunmuş hücumlar həyata keçirib və Berodinin cənubu və cənub-qərbi istiqamətində irəliləyib, həmçinin yaşayış məntəqəsinin cənub hissəsinə daxil olub.
Leonidovo rayonunda da hücum intensivləşdirilib. Pusşarnoye yaxınlığında, Sudjanın şərqində hücum həyata keçirilib.
Bu arada, Rusiya KİV-lərində Sudjada "növbəti fəallığın müşahidə edildiyi" bildirilir ki, bu da "hücumların davam etdiyi" mənasına gəlir.
Bununla yanaşı, Rusiya hərbi müxbirləri Maxovkanın cənub-şərqi və Kurskovkaya istiqamətində yol boyunca rus qoşunlarının müəyyən irəliləyişlər əldə etdiyini bildirsələr də, ISW bu iddiaları təsdiq edəcək vizual sübutlar aşkar etməyib.
Alpər
Şərhlər