Xəbər lenti

Ukrayna tək qaldı
Dünya15:50 18.08.2014

Ukrayna tək qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Birliyi və NATO Ukraynaya heç bir hərbi yardım etməyəcək. Ans press-in məlumatına görə, bunu Finlandiyanın baş naziri Aleksandr Stubb bəyan edib.

O, bildirib ki, NATO yalnız alyansa üzv olan ölkələrə hərbi dəstək verə bilər, AB-nin isə hərbi yardım üçün resursları yoxdur.

Baş nazirin sözlərinə görə, Ukraynanın xarici işlər naziri Pavel Klimkinin hərbi dəstək üçün NATO və AB-yə etdiyi müraciətə müsbət cavab verilməyəcək.

Stubb hesab edir ki, Ukraynada tərəflər danışıqlar masasına əyləşməli və bölgədə atəşkəs elan edilməlidir.

Qaynar.info