Ukrayna Türkiyənin "Fırtına” özüyeriyən artilleriya qurğularını alacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Aleksey Qromov "Ukrinform”a müsahibəsində
bildirib.
O, Ukraynanın bu yaxınlarda müttəfiqlərdən aldığı silahları sadalayıb - ondan çox müxtəlif tipli artilleriya və beşdən çox reaktiv yaylım atəşi sistemləri.
"Eyni zamanda, hazırda Ukrayna Silahlı Qüvvələrinin bölmələri tərəfindən istifadə edilməyən "Arçer”, "Fırtına” kimi yeni sistemlərin gəlişi gözlənilir”, o, Türkiyənin özüyeriyən silahlarının sayını və çatdırılma müddətlərini açıqlamayıb.
T155 Fırtına özüyeriyən artilleriya qurğusu Cənubi Koreyanın 155 mm çaplı K9 Thunder özüyeriyən artilleriya qurğusunun Türkiyə versiyasıdır. Türkiyə bu sistemin istehsalı üçün lisenziyanı Seuldan hələ 2001-ci ildə alıb. "Fırtına” modifikasiya edilmiş qülləsi, şassisi və atəşə nəzarət sistemi ilə Koreya modifikasiyasından fərqlənir.
Özüyeriyən silahlar lülə uzunluğu 52 kalibr olan 155 mm-lik topa malikdir, aktiv raket mərmilərinin maksimum atəş məsafəsi 40 km-ə qədərdir; dəqiqədə altı atəş edə bilər. O, həm qapalı atəş mövqelərindən, həm də birbaşa atəşlə hədəflərə atəş açmaq qabiliyyətinə malikdir.
Nizami Bağırov