Prezident Co Baydenin administrasiyası razılaşıb ki, Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukrayna üzvlük fəaliyyət planını (ÜFP) həyata keçirmədən NATO-ya üzv ola biləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evdəki yüksək vəzifəli məmura istinadən "Washington Post"
yazır.
Bu təşəbbüs daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən irəli sürülüb.
Mənbə bildirib ki, bu ideya blokun digər üzvləri tərəfindən də bəyənilsə, bu, NATO-nun alyansa sürətləndirilmiş daxil olmaq tələblərinə cavab olaraq Kiyevə nə təklif edəcəyi ilə bağlı müzakirələrə son qoyacaq.
Müzakirələrlə tanış olan iki "Axios” mənbəsi Baydenin Ukrayna üçün sadələşdirilmiş prosedurla bağlı mövqeyini təsdiqləyib. Əvvəllər ABŞ prezidenti Almaniya kansleri Olaf Şolts kimi 2008-ci il NATO sammitində üzərinə götürdüyü öhdəliklərdən kənara çıxmaq istəmirdi, həmin vaxt sammtində Ukraynanın "nə vaxtsa” alyansa qoşulacağına qərar verilib. Bununla belə, blokun bir neçə Şərqi Avropada üzvünün səyləri sayəsində Bayden Kiyev üçün standart giriş maneələrinin olmayacağını nümayiş etdirməyə razı olub.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Stoltenberq ABŞ prezidentinə Ukraynanın NATO-ya üzv olmaq məsələsində irəliləyiş əldə etdiyini və bir vaxtlar Şərqi Avropaya üzv ölkələrin hamısının (Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya, Sloveniya, Albaniya, Xorvatiya, Monteneqro və Şimali Makedoniya) keçdiyi üzvlük fəaliyyət planını əməl etməsinə ehtiyac olmadığını da vurğulayıb:
ÜFP proqramı 1999-cu ildən fəaliyyət göstərir. İndi Bosniya və Herseqovina orada iştirak edir. Ukraynanın hələ də almadığı üzvlük fəaliyyət planında konkret meyarlar və islahatlar nəzərdə tutulur və onun həyata keçirilməsi illər, hətta onilliklər çəkə bilər.
Qeyd edək ki, iyunun 3-də Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib ki, Kiyev NATO-ya ÜFP olmadan qoşulmalıdır, çünki bu mexanizm "aktuallığını itirib”. O, həmçinin qeyd edib ki, Ukrayna dövləti olmadan Avroatlantik məkanı qorumaq mümkün deyil. NATO-ya daxil olan ölkələrin sonuncusu Finlandiyanın da öz ÜFP-si olmayıb.
Nizami Bağırov