Xəbər lenti

Ukrayna üstünlüyü ələ alır: Kurskda Rusiyanın müdafiə xətti 5 km yarıldı
Dünya 13:39 07.02.2025

Ukrayna üstünlüyü ələ alır: Kurskda Rusiyanın müdafiə xətti 5 km yarıldı

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində yeni mexanikiləşdirilmiş hücumlar həyata keçirib və Sucanın cənub-şərqində Rusiyanın müdafiə xəttini yararaq 5 kilometr dərinliyə qədər irəliləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) yazır.

ISW-nin məlumatına görə, 6 fevralda yayımlanan geolokasiya görüntüləri göstərir ki, Ukrayna qüvvələri son günlər Mahnovkanın cənub-qərbinə (Sucanın cənub-şərqinə) və Çerkasskaya Konopelkanın şimalına və şərqinə doğru irəliləyərək 38K-028 Suca-Oboyan yolu boyunca Kolmakovu ələ keçirib.

Müharibə Öyrənilməsi İnstitutu bildirir ki, Ukrayna ordusu Kursk vilayətində 30-50 ədəd zirehli texnikanın iştirakı ilə hücumlar təşkil edib və bir neçə kənddə uğur qazanıb.

ISW analitikləri Rusiya Müdafiə Nazirliyinin bəyanatlarına əsaslanaraq, Ukrayna qüvvələrinin iki mexanikiləşdirilmiş batalyon gücündə, bir neçə dalğa şəklində hücuma keçdiyini qeyd edirlər.

Rusiya hərbi jurnalistlərinə istinad edən ISW bildirir ki, Ukrayna ordusu Çerkasskaya Konopelka, Ulanok və Fanaseyevka yaşayış məntəqələrini ələ keçirə bilər, lakin bu ərazilərdə Ukrayna qüvvələrinin mövcudluğunu təsdiqləyən geolokasiya görüntüləri hələlik yoxdur.

2 yanvarda Ukrayna prezidenti Volodimir Zelenski Kursk vilayətində keçirilən əməliyyatın bütün danışıqlar prosesində "kozır" olduğunu və Qlobal Cənub ölkələri üçün vacib əhəmiyyət daşıdığını vurğulamışdı.

Xatıaladaq ki, Ukrayna Silahlı Qüvvələri 5 yanvar gecəsi Kursk vilayətində hücuma keçib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->