Xəbər lenti

Ukrayna üzrə danışıqların yeni mərhələsi Türkiyədə baş tuta bilər - "Bloomberg"
Dünya08:56 05.10.2023

Ukrayna üzrə danışıqların yeni mərhələsi Türkiyədə baş tuta bilər - "Bloomberg"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Ukraynanın tərəfdaşları arasında sülh formulu üzrə sammitə hazırlığı müzakirə etmək üçün danışıqların yeni mərhələsinə ev sahibliyi edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazır. 
Qeyd olunur ki, görüşün oktyabrın sonunda İstanbulda keçirilməsi planlaşdırılır. Bu, iyunda Danimarkada və avqustda Səudiyyə Ərəbistanında analoji danışıqlardan sonra baş verir. İştirakçılar Ukraynada davamlı sülhə nail olmaq üçün ideyaları müzakirə edəcəklər.
Nəşrin həmsöhbətlərindən ikisinin sözlərinə görə, görüşdə məhdud sayda rəsmilərin, o cümlədən ABŞ nümayəndələrinin iştirakı gözlənilir.
Ağ Ev konkret kimin iştirak edəcəyini hələ müəyyənləşdirməyib.
Rusiya görüşə dəvət edilməyib.
Nizami Bağırov