Xəbər lenti

"Ukrayna üzrə sülh danışıqları ABŞ seçkilərinədək başlamayacaq" - Borrell
Dünya14:01 12.06.2023

"Ukrayna üzrə sülh danışıqları ABŞ seçkilərinədək başlamayacaq" - Borrell

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa diplomatiyasının rəhbəri Cosep Borrell əmindir ki, Ukraynadakı hərbi münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların ABŞ-da prezident seçkilərinə qədər başlamayacaq. Amerikada seçkilər 2024-cü ilə planlaşdırılıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə İspaniyanın "Onda Cero" radiosuna müsahibəsində bildirib.
"Düşünürəm ki, o (Vladimir Putin-red.) ABŞ seçkilərinin nəticələrini gözləyir. Bundan əvvəl sülh danışıqlarının başlanmasını gözləmək lazım deyil”, deyə Borrell bildirib. 
Onun fikrincə, Co Bayden yox, Donald Tramp ABŞ-ın prezidenti olsaydı, "müharibə çox fərqli gedərdi”.
Xatırladaq ki, rəsmi olaraq Rusiya ilə Ukrayna arasında danışıqlar Kiyev vilayətində (Buça, İrpen və s) törədilən hərbi cinayətlər aşkar edildikdən sonra Kiyevin təşəbbüsü ilə 2022-ci ilin mayında dayandırılıb. Oktyabr ayında Ukrayna prezidenti Volodimir Zelenski Vladimir Putin prezident olduğu müddətdə Rusiya prezidenti ilə gələcək danışıqların mümkünlüyünü istisna edən fərman imzalayıb. 2023-cü ilin mayında Zelenski bəyan edib ki, Rusiya qoşunları geri çəkilənədək Putinlə danışmaq onun üçün çətin olacaq.
Nizami Bağırov