Xəbər lenti

Ukrayna və Britaniya 100 illik tərəfdaşlıq sazişi imzaladı
Dünya 17:35 16.01.2025

Ukrayna və Britaniya 100 illik tərəfdaşlıq sazişi imzaladı

Böyük Britaniya və Ukrayna arasında 100 illik tərəfdaşlıq haqqında saziş imzalanıb. 

Qaynarinfo xəbər verir ki, sazişi Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və Britaniyanın Baş naziri Kir Starmer imzalayıb.  

Ukrayna Prezidenti bu sazişi ölkələr arasında münasibətlərin yeni səviyyəyə çıxarılması kimi qiymətləndirib:  

"Biz dövlətimizin müstəqilliyinə əminik və ukraynalılar bunu artıq heç vaxt əldən verməyəcək. Biz Avropa tərəfdaşlarımıza inanırıq və bu, həm Ukraynanı, həm Britaniyanı, həm də bütövlükdə Avroatlantik məkanımızı gücləndirir. Bu, xalqlarımızın qarşılıqlı əlaqəsi üçün gələcək nəsillərə təməl qoyur”.  

Zelenskinin sözlərinə görə, bu saziş hərtərəfli xarakter daşıyır. O, təhlükəsizlik, müdafiə, iqtisadi və texnoloji komponentləri, həmçinin informasiya və mədəniyyət sahələrində əməkdaşlığı əhatə edir.  

"Bu, təkcə indiki təhdidlərə cavab verməyə deyil, həm də müdafiə potensialımızın və aktiv fəaliyyət imkanlarımızın necə inkişaf edəcəyini görməyə imkan yaradır”, deyə dövlət başçısı vurğulayıb.
  
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->