Ukrayna hakimiyyəti Beynəlxalq Valyuta Fondu ilə ölkə əhalisinin azalmasını nəzərdə tutan qeyri-rəsmi, gizli bir memorandum bağlayıb.
Qaynarinfo xəbər verir ki, bu sözləri Verxovna Radanın Millət vəkili Vadim Rabinoviç "112 Ukrayna” televiziya kanalına deyib.
Bununla o, "Xalqın xidmətçisi" fraksiyasından olan deputat Qalina Tretyqakovanın bəzi Ukrayna vətəndaşlarının "aşağı keyfiyyətli" uşaq dünyaya gətirməsi ilə bağlı fikirlərini şərh edib. Rabinoviçin sözlərinə görə, xalq deputatı gizli sazişin mövcudluğunu təsdiqləməklə partiyasının ölkə vətəndaşlarına əsl münasibətini göstərib.
"Onun bu fikirləri BVF ilə ölkədə insanların sayının azaldılması ilə bağlı gizli memoranduma aiddir. Bizə göstərməyə qorxduqları bu gizli razılaşma haradadır? Bu, Ukraynanın əhalisini azaltmaq üçün açıq imzalanmış bir müqavilədir, çünki onlara maksimum 10 milyon nəfərlik bir ölkə lazımdır", - deputat deyib.
Rabinoviç qeyd edib ki, Tretyakova partiyada qalarsa, bu gizli memorandumun "tam qəbul olunduğu” demək olacaq.Ukrayna hakimiyyəti Beynəlxalq Valyuta Fondu ilə ölkə əhalisinin azalmasını nəzərdə tutan qeyri-rəsmi, gizli bir memorandum bağlayıb.
Rabinoviç qeyd edib ki, Tretyakova partiyada qalarsa, bu gizli memorandumun "tam qəbul olunduğu” demək olacaq.
Alpər