Xəbər lenti

Ukrayna və Danimarka təhlükəsizlik sazişi üzrə danışıqlara başladı
Dünya13:06 08.02.2024

Ukrayna və Danimarka təhlükəsizlik sazişi üzrə danışıqlara başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Danimarka ilə ikitərəfli təhlükəsizlik öhdəliklərinə dair saziş bağlamaq üçün danışıqlara başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə fevralın 8-də Ukrayna Prezident Ofsinin mətbuat xidməti məlumat yayıb.
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkva, Danimarka nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin dövlət katibi Lisbet Zilmer-Yons rəhbərlik edib. Danışıqlar onlayn rejimdə aparılıb.
Prezident Ofisindən bildirilib ki, görüş zamanı tərəflər gələcək ikitərəfli təhlükəsizlik öhdəliklərinin əsas komponentlərini müzakirə edib və növbəti danışıqların qrafikini razılaşdırıblar.
Nizami Bağırov