Xəbər lenti

Ukrayna və İsrail ordularının eyni dərəcədə ehtiyac duyduğu 3 silah - NYT açıqladı
Dünya05:00 23.10.2023

Ukrayna və İsrail ordularının eyni dərəcədə ehtiyac duyduğu 3 silah - NYT açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NYT Ukrayna Silahlı Qüvvələri və İsrail Ordusunun eyni dərəcədə ehtiyac duyduğu üç növ silahın adını çəkib.
Ukrayna və İsrailin ABŞ-dan hərbi yardıma ehtiyacı var. İki müharibə teatrı arasındakı bütün fərqlərə baxmayaraq, hər iki ölkənin eyni dərəcədə əhəmiyyətli miqdarda ehtiyac duyduğu üç növ silah var. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazır.
İlk növbədə, hər iki orduya - Ukrayna və İsrailə 155 mm-lik top mərmiləri lazımdır. İsrail artıq ABŞ-dan Ukraynaya tədarük üçün əvvəllər ixrac etdiyi sursatların bir hissəsini geri qaytarmağı xahiş edib.
"Mərmilər rəsmilərin və ekspertlərin hər iki müharibədə lazım olduğunu bildirdiyi Amerika silahının nümunəsidir ki, ABŞ bu tələbatı ödəyə bilməyəcək. İsrailin HƏMAS hücumlarına cavab olaraq Qəzzada gözlənilən quru hücumu aylarla davam edərsə, bu daha çətin olacaq", deyə qəzet yazır.
Hər iki ordunun ehtiyac duyduğu ikinci silah növü, hədəfləri izləmək və məhv etmək üçün GPS-dən istifadə etməklə onları böyük dəqiqliklə vura bilən "ağıllı bombalar" adlanan silahlardır.
HƏMAS-ın İsrailə hücumundan sonra ABŞ artıq bu ölkəyə 1000 ədəd 250 kiloluq bomba göndərib. İsrailə təyyarədən atılan versiyalar verilir. Ukraynaya bu bombaların payızda yerdən atılacaq modifikasiyada çatdırılacağı vəd edilib.
Mütəxəssislər Pentaqonun 6 altı il ərzində bu bombalardan 34 mindən çoxunu satın aldığını bildirirlər. Bu ümid verir ki, Ukrayna və İsrail həmin bombalar uğrunda rəqabət aparmalı olmayacaq.
Nəhayət, həm Ukraynanın, həm də İsrailin ehtiyac duyduğu üçüncü silah növü "Stinger" daşına bilən zenit-raket sistemləri üçün raketlərdir. İki ölkədə strateji hava hücumundan müdafiə vasitələri tamamilə fərqli olsa da, qoşunları döyüş meydanında, xüsusən də pilotsuz təyyarələrdən birbaşa mühafizə etmək üçün həm Ukrayna Silahlı Qüvvələrinə, həm də İsrail Ordusuba yüngül, insan tərəfindən daşına bilən zenit silahları lazımdır.
"Bu raketlər Qəzzada şəhər döyüşləri üçün ideal ola bilər: yüngül, kiçik və çox portativ "Stinger" çiyinlərə quraşdırılmış buraxılış qurğusundan buraxılır. İsrail və Ukraynada "Patriot" hava hücumundan müdafiə sistemi var. Lakin "Stinger" "Patriot" raketlərindən xeyli ucuzdur. Bu, dronları və ucuz HƏMAS artilleriya raketlərini vurmaq üçün onları daha sərfəli edir", deyə NYT qeyd edir.
"Bununla belə, "Stinger" raketlərinin tədarükü son dərəcə məhduddur və az miqdarda istehsal olunur", deyə ekspertlər bildirir.
Aydın