"Bu gün Ukrayna və Rusiya arasında danışıqların növbəti raundu keçirilib. Nümayəndə heyətləri xüsusi işçi alt qrupların yaradılması barədə razılığa gəliblər".
Qaynarinfo Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukraynanın danışıqlar nümayəndə heyətində təmsil olunan Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O, yaradılan işçi alt qrupların hansı məsələlərlə məşğul olacağı barədə məlumat verməyib:
"Rusiya nümayəndə heyəti ilə danışıqlar videoformatda fasiləsiz davam edir. Xüsusi işçi alt qruplar yaradılıb. Ukraynanın mövqeləri əvvəlki ən sərt direktivlərlə müəyyən edilib".
Qeyd edək ki, bu gün Rusiya tərəfi Ukrayna ilə videokonfrans formatında danışıqların aparıldığını elan edib. Lakin Kreml detalları açıqlamayıb.