Xəbər lenti

Ukrayna XİN-dən ukraynalılara tövsiyə: “Dərhal Rusiyanı tərk edin”
Dünya10:21 23.02.2022

Ukrayna XİN-dən ukraynalılara tövsiyə: “Dərhal Rusiyanı tərk edin”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Xarici İşlər Nazirliyi həmvətənlərini Rusiya Federasiyasına səfərdən çəkinməyə və hazırda Rusiya ərazisində olduqları təqdirdə dərhal ölkəni tərk etməyə çağırıb. 
Qaynarinfo xəbər verir ki, nazirliyin açıqlamasına görə, tövsiyə konsulluq yardımının göstərilməsi imkanlarının gözlənilən məhdudlaşdırılması ilə əlaqədar verilib.
Diplomatlar vurğulayıblar ki, tövsiyələrə məhəl qoymamaq "Ukrayna vətəndaşlarının lazımi müdafiəsini təmin etməyi” çətinləşdirə bilər.
Həmçinin bildirilir ki, konsulluq reaksiyası tələb olunan hallar yaranarsa, Ukrayna vətəndaşları səfirliklə, eləcə də Sankt-Peterburq, Yekaterinburq, Rostov-na-Don və Novosibirskdəki konsulluqlarla əlaqə saxlaya bilərlər.
 
Alpər