Baş nazir Viktor Orban Rusiya qazını rublla almağa hazır olduğunu bildirəndən sonra Ukrayna Macarıstanı müharibədə Putinə kömək etməkdə günahlandırıb.
Qaynarinfo
Euronews-a istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi açıqlamasında Macarıstan baş naziri Viktor Orbanı nəzərdə tutaraq "Növbəti addım Ukraynaya, sivil dünyaya və xristian dəyərlərinə qarşı aqressiyasını davam etdirmək üçün Putinə kömək etməkdir”, - deyib.
"Macarıstan rəhbərliyinin rus ordusunun törətdiyi cinayətlərə görə inkaredilməz məsuliyyətini qəbul etmək istəməməsi Rusiyanın cəzasızlıq hissini gücləndirir və onu ukraynalılara qarşı yeni cinayətlər törətməyə təşviq edir”, - Ukrayna XİN sözcüsu Oleq Nikolenko bildirib.
O, Macarıstanın Rusiya qazını rublla almağa razı olmasını Ukraynaya qarşı düşmənçilik və Avropanın Birliyinə təhdid kimi xarakterizə edib.
Avropa aldığı təbii qaz müqabilində Rusiyaya hər gün 200-800 milyon avro pul ödəyir.
Qeyd edək ki, Macarıstan bundan əvvəl öz ərazisindən Ukraynyaa silah göndərilməsinə imkan verməyib. Həmçinin Viktor Orban Avropa Birliyinin Rusiya neft və qazına sanksiya qoyulmasına qarşı səs verəcəyini bildirib.
Nurlan Hüseynov