"Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov bildirib ki, Ukrayna qoşunları şəxsi heyəti, zirehli texnikası və sursat ehtiyatlarını irəli çəkərək Zaporojye vilayətində hücuma hazırlığı başa çatdırıb. Onun sözlərinə görə, əks-hücum "hər an” başlaya bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant RİA Novosti-yə istinadən məlumat
yayıb.
"Onlar Zaporojye vilayətinə xeyli sayda şəxsi heyət, zirehli texnika və sursat ehtiyatı cəlb edərək əks-hücum üçün hazırlıqları başa çatdırıblar. Onlar hazırdırlar və irəliləməni gözləyirlər. Hər an hər şey ola bilər”, - deyə o bildirib.
Xatırladaq ki, fevralda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, Ukrayna iki cəbhədə - diplomatik və hərbi cəbhədə böyük döyüşə hazırlaşır. Bild NATO analitiklərinə istinadən yazıb ki, əks-hücumun əsas istiqamətləri Luqansk və Zaporojye olacaq və Kiyev də Rusiyanın Krımla quru əlaqəsini kəsmək istəyir. Pentaqon Ukraynaya yazda uğurlu əks-hücum əməliyyatı keçirməyə kömək edəcəyinə söz verib.
Nizami Bağırov