Xəbər lenti

Ukraynada 4,5 milyon işçi çatışmayacaq - İqtisadiyyat Nazirliyi
Dünya 18:25 22.07.2024

Ukraynada 4,5 milyon işçi çatışmayacaq - İqtisadiyyat Nazirliyi

Ukraynadakı demoqrafik vəziyyət və xüsusən də əmək resurslarının mövcudluğu bu gün iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir göstərir və gələcəkdə onun artım dinamikasına da təsir göstərəcək.

Qaynarinfo "RBC-Ukrayna”ya  istinadən xəbər verir ki, bunu Ukrayna iqtisadiyyat nazirinin müavini Tatyana Berejnaya deyib.

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri ilə görüş zamanı o, müharibə, ukraynalıların xaricə getməsi və daxili miqrasiya səbəbindən ölkədə kadr çatışmazlığı və struktur işsizlik olduğunu bildirib. Əgər 2021-ci ildə rəsmi əmək bazarı 11,5 milyon işçidən ibarət idisə, 2023-cü ildə bu rəqəm rəsmi olaraq 9 milyon nəfərə qədər azalıb.

"İlkin hesablamalara görə, 2030-cu ilə qədər ÜDM-in illik 7% artımını təmin etmək üçün bizə əlavə 4,5 milyon işçi lazımdır", - Berejnaya bildirib.

Nazirin birinci müavini Aleksey Sobolevin iclas zamanı qeyd etdiyi kimi, altı ayın yekunlarına görə, ÜDM 4,1% artıb, ilin sonuna isə artımın 3,5% olacağı gözlənilir.
"2025-2027-ci illər üçün proqnozlaşdırılan makro göstəricilərə gəlincə, hökumətin bu yaxınlarda təsdiqlədiyi əsas senari həm təhlükəsizlik amillərini, həm də bəzi təhlükəsizlik vəziyyətindən irəli gələn digər amilləri nəzərə alır”, - Sobolev bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->