Xəbər lenti

Ukraynada 52 rusiyalı deputat qiyabi həbs cəzasına məhkum edildi
Dünya13:35 22.11.2023

Ukraynada 52 rusiyalı deputat qiyabi həbs cəzasına məhkum edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna məhkəməsi Rusiya Federasiyası Dövlət Dumasının 52 deputatına qiyabi hökm çıxarıb. Məhkəmənin fikrincə, onlar Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibəyə başlamasına dəstək olublar.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) "Telegram" kanalında məlumat yayıb.
"Təhlükəsizlik Xidmətinin sübut bazası sayəsində Rusiya Dövlət Dumasının daha 52 deputatı qiyabi cəza alıblar”, deyə məlumatda bildirilir.
Məhkəmə deputatların əvvəlcə qondarma Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyinin tanınması çağırışı ilə 15 fevral 2022-ci il tarixli Putinə müraciəti dəstəkləmələrini, sonra isə DPR və LPR ilə əməkdaşlıq müqavilələrinin ratifikasiyasına səs vermələrini Ukrayna ərazisinə təcavüz hesab edib. 
Rusiya parlamentariləri qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bundan əvvəl Dövlət Dumasının 20 deputatı artıq eyni maddə ilə əmlakı müsadirə olunmaqla eyni müddətə qiyabi məhkum edilmişdi.
Aydın