Xəbər lenti

Ukraynada 9 May Qələbə Günü ləğv edildi
Dünya10:58 06.05.2014

Ukraynada 9 May Qələbə Günü ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiyevdə mayın 9-da keçirilməsi planlaşdırılan Qələbə Gününə həsr olunmuş parad ləğv olunub.

 “Axar.az” xəbər verir ki, bu barədə TSN kanalı məlumat yayıb.

 Paradın ləğv edilməsinə isə həmin gün gözlənilən təxribatlar olub.

Kiyev meriyasından bildirilib ki, mayın 9-da paytaxtda keçiriləcək tədbirlər məhdudlaşdırılacaq, yalnız Kiyevin rayonlarında konsert proqramları keçiriləcək.

“Məlumat var ki, Rusiya telekanallarında veteranların döyülməsi, ordenlərinin əllərindən alınması görüntüsünü vermək istəyilər. Bu kadrları da çəkib dünyaya göstərərək səs salmaq istəyirlər. Biz heç kimin döyülməsinə icazə verməyəcəyik”, - Kiyevin meri Vladimir Bondarenko bildirib.

 Qeyd edək ki, Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərini icra edən Aleksdandr Turçinov mayın 9-da Qələbə Günündə Kiyev və digər şəhərlərdə təxribatlar törədiləcəyini bildirmişdi.

Qaynar.info