
Hərbçilər həmçinin aeroportunu və şəhər ətrafında qurulmuş postları nəzarətə alıblar.
Kramatorskda keçirilən antiterror əməliyyatı zamanı 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
Qaynar.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Donetsk dövlət administrasiyasının saytında bildirilir.
Bundan əvvəl 2 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilirdi.
Xatırladaq ki, ötən gün Ukrayna Milli Qvardiyasının birləşmələri Kramatorskda Ukrayna Təhlükəsizlik Xidmətinin binasını nəzarətə alıblar.
Hərbçilər həmçinin Kramatorsk aeroportunu və şəhər ətrafında qurulmuş postları nəzarətə alıblar.
Qaynar.info




