Xəbər lenti

Ukraynada azərbaycanlılardan ibarət alay yaradılır
Dünya08:01 22.04.2014

Ukraynada azərbaycanlılardan ibarət alay yaradılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiyevdə Ukraynada yaşayan azərbaycanlıların forumu keçirilib. Anspress-in məlumatına görə, forumda Ukraynanın ərazi bütövlüyü və Azərbaycan icmasının Ukraynanın ictimai-siyasi həyatına inteqrasiyasının sürətləndirilməsinə dair məsələlər müzakirə edilib.

Forum iştirakçıları Ukraynada fəaliyyət göstərən Azərbaycan icmasının bir təşkilat altında birləşdirilməsi və Ukraynanın ərazi bütövlüyü və süverenliyinin müdafiəsi üçün ukraynalılarla birlikdə mübarizə aparmaq barədə razılığa gəliblər. Bildirilib ki, Ukraynanın müdafiəsinə dəstək vermək üçün azərbaycanlılardan ibarət alay yaradılmalıdır.

Qeyd edək ki, hazırda Ukraynada yaşayan azərbaycanlıların sayı 500 mindən çoxdur.

Qaynar.info