Xəbər lenti

Ukraynada "Bayraktar" PUA-ları istehsal edəcək zavodun tikintisinə başlanıldı
Dünya12:40 10.07.2023

Ukraynada "Bayraktar" PUA-ları istehsal edəcək zavodun tikintisinə başlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada Türkiyənin "Baykar" şirkəti tərəfindən "Bayraktar" pilotsuz uçuş aparatlarının istehsalı zavodunun tikintisinə başlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin milli telemarafonun efirində bildirib. 
"Bir neçə ildir Ukraynada müzakirə olunan "Bayraktar” zavodundan danışsaq, bu zavodda artıq tikinti işlərinə başlanılıb. Zavod təkcə memorandumlarla deyil, praktiki olaraq tikilməyə başlayıb”, - nazir qeyd edib.
Kamışin əlavə edib ki, söhbət Ukraynada istehsaldan gedir. O, hələlik açıqlaması mümkün olmayan başqa şeylərin də istehsalına aydınlıq gətirib.
"Zavod barədə danışıqlar oldu, sonra dayanmalar, qalmaqallar oldu. Bu zavod tikilməyə başlayır, biz real addımlara keçmişik”, - deyə nazir yekunlaşdırıb.
Xatırdalaq ki, 2022-ci ilin sonunda məlum olub ki, Türkiyənin "Baykar Defence” müdafiə şirkəti Ukraynada "Bayraktar TB2” və digər tip pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavodunun tikintisini iki il ərzində başa çatdırmağı planlaşdırır.
"Baykar”ın baş direktoru Haluk Bayraktar bildirib ki, Ukraynadakı zavod şirkətin bütün növ PUA-larını - TB2, Akıncı və Kızılelma-nı istehsal etməyi planlaşdırır: 
Bu il iyunun sonunda "Baykar” Ukraynada Bayraktar TB2 və "Akıncı” pilotsuz uçan aparatlarının tam istehsalı üçün Türkiyədən lisenziya icazəsi alıb.
Nizami Bağırov