Xəbər lenti

Ukraynada bazarda əməliyyat keçirildi, azərbaycanlılar saxlanıldı (VİDEO)
Dünya17:27 17.09.2020

Ukraynada bazarda əməliyyat keçirildi, azərbaycanlılar saxlanıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın paytaxtı Kiyev şəhərində azərbaycanlıların da çalışdığı "Stoliçnıy” bazarında əməliyyat keçirilib. Bazarın 150-dən çox işçisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılıb.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəsmi saytında məlumat yer alıb.
Bildirilir ki, əməliyyat zamanı miqrasiya qanunvericiliyini pozan 18 nəfər saxlanılıb. Saxlanılanların əsasən Azərbaycan və Özbəkistan vətəndaşları olduğu deyilir.
Saxlanılanlardan altısının ölkədən deportasiya olunacağı gözlənilir. (oxu.az)
<iframe src="http://baku.tv/embed/24700" width="560" height="310" frameborder="0" scrolling="no" allow="autoplay; encrypted-media" allowfullscreen="">