Xəbər lenti

Ukraynada bir gündə 1000-dən çox terrorçu məhv edilib
Dünya09:07 02.07.2014

Ukraynada bir gündə 1000-dən çox terrorçu məhv edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynada bir gün ərzində 1000-dən çox terrorçu məhv edilib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak bəyan edib.

O bildirib ki, atəşkəs müddəti bitdikdən sonra Ukrayna ordusu Donbas regionunda genişmiqyaslı əməliyyata başlayıb və uğur əldə edib.

Z.Şkiryakın sözlərinə görə, Donetsk və Luqansk vilayətlərində strateji nöqteyi-nəzərdən əhəmiyyət kəsb edən edən bir neçə şəhər və “Doljanski” sərhəd-keçid məntəqəsi terrorçulardan azad olunub.

“Separatçılar təslim olmağa hazırdırlar. Onlar Rusiyaya getmək üçün dəhlizin yaradılması yaxud da əfv təminatı ilə bağlı razılıq əldə etməyə çalışırlar” - deyə o vurğulayıb.

Qaynar.info