Xəbər lenti

Ukraynada bir mer əsirlikdən azad edildi, dördü xain çıxdı
Dünya09:39 03.04.2022

Ukraynada bir mer əsirlikdən azad edildi, dördü xain çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya orudusu Ukraynanın Xerson vilayətinin Berislav şəhərinin meri Aleksandr Şapovalovu əsirlikdən azad edib.
Qaynariunfi Unian-a istinadən xəbər verir ki, bu barədə Berislav Şəhər Şurasının saytı məlumat yayıb.
"Dünən saat 11 radələrində Berislav şəhərinin meri Aleksandr Şapovalov əsirlikdən azad edilib. Bu, hamı üçün 16 uzun və çətin gün idi", deyə açıqlamada bildirilir.
Merin hazırda evində olduğu və normal həyata qayıtmağa çalışdığı qeyd edilir. Onun səhhətində problem yoxdur.
Qeyd edək ki, Berislav şəhərinin meri Rusiya silahlı qüvvələrinin nümayəndələri ilə əməkdaşlıqdan imtina etdiyi üçün saxlanılmışdı.
Bu arada Luqansk vilayətində dörd şəhər merinin satqın olduğu iddia edilib. Bu barədə Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Sergey Qaydai məlumat verib.
Onun iddiasına görə, Rubijne, Milov, Markovka və Stanitsia Luqanskanın merləri Rusiya ilə əməkdaşlıq edir.
"Qələbədən sonra ruslarla əməkdaşlıq edənlər üçün qanunların necə işlədiyini görəcəyik", deə Sergey Qaydai bildirib.
Qeyd edək ki, aprelin 1-də Rubijne şəhərinin meri Sergey Xortivin Ukraynaya xəyanət edərək Rusiya tərəfinə keçdiyi açıqlanıb. O, hətta sosial şəbəkədə Ukrayna Silahlı Qüvvələrini "nasist” adlandıran və silahı yerə qoymağa çağıran video yayımlayıb.
Aydın