Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırılmasından narazı olan yüzlərlə ölkə vətəndaşı mərkəzi meydana toplaşıb
Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırılması haqqında qərarı narazılıqlara səbəb olub. ANS PRESS-in "Ukraynskaya pravda" ya istinadla verdiyi məlumata görə, 1,5 min insan Kiyevdəki azadlıq meydanına toplaşıb.
Məlumata görə, yerli vaxtla saat 00.15 də (Bakı vaxtı ilə 02.15) mərkəzi meydana toplaşanların sayı durmadan artıb. Meydana bir necə avtobus təhlükəsizlik qüvvələrinin əməkdaşları da gətirilib.
Etirazçıları dəstəkləmək üçün müxalifət liderləri də meydana gəliblər. Onların arasında "Batkivşina" ("Vətən") partiyasının parlament fraksiyasının rəhbəri Arseni Yatsenyuk, "Udar" ("Zərbə") partiyasının sədri Vitali Kliçko, "Azadlıq" partiyasının rəhbəri Oleq Tyaqnibok və keçmiş daxili işlər naziri Yuri Lutsenko var.
Prezident admnistariyasına gedən yola giriş-çıxış bağlanılıb.
Parlamentdəki müxalifət partiyaların liderləri ölkə vətəndaşlarını bazar günü - 24 noyabrda Kiyevin mərkəzində etiraz aksiyasına çıxmağa səsləyiblər.
Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina edib və Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlandırılması üçün fəal dialoqa başlayacağını elan edib.