Xəbər lenti

Ukraynada döyüşmək istəyən rusiyalıların sayı azalıb, sülh istəyənlər artıb - SORĞU
Dünya09:25 09.08.2022

Ukraynada döyüşmək istəyən rusiyalıların sayı azalıb, sülh istəyənlər artıb - SORĞU

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Russian Field” sosioloji xidmətinin sorğusuna əsasən, rusların yarıdan çoxu Ukraynada müharibənin uzandığına düşünür. Eyni zamanda, respondentlərin 60%-i Vladimir Putinin "Kiyevə yeni hücum” qərarını dəstəkləyəcək, lakin demək olar ki, eyni sayda - 65% Putinin müharibəni dayandırmaq və sülh sazişi imzalamaq qərarını bəyənəcək.
Bu barədə Qaynarinfo "Kommersant”a istinadən xəbər verir.
Sorğunun yekunlarına əsasən, iştirak edən kişilərin üçdə ikisi (62%) Ukraynada hərbi əməliyyatlarda şəxsən iştirak etməyə hazır deyil ki, bu da may ayı ilə müqayisədə 6% çoxdur. Respondentlərin 29%-i müharibədə iştirak etmək arzusunda olduğunu bildirib.
Rusiya ordusuna maddi yardım etmək istəyənlər azdır: respondentlərin 67%-i müharibə üçün pul verməyə hazır deyil, 12%-i isə buna ayda 1000 rubldan (28 manat-red.) çox pul xərcləməyə razıdır.
Nizami