Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün müqaviləsinin bağlanmasının tərəfdarıdır və bu halda uduzanların olmayacağına inanır.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitindən sonra keçirilən mətbuat konfransında danışıb.
"Sülhdə məğlub olmadığı kimi, müharibədə də qalib yoxdur. Biz regionumuzda sülhə olan ümidi canlandırmaq istəyirik. Biz Ukraynada ədalətli sülhün bərqərar olmasının tərəfdarıyıq”, deyə dövlət başçısı bildirib.
Aydın