Xəbər lenti

Ukraynada əməliyyatlar yenidən başladı - VİDEO
Dünya10:06 23.04.2014

Ukraynada əməliyyatlar yenidən başladı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanı müvəqqəti prezidenti antiterror əməliyyatlarını davam etdirməyi qərara alıb

Ukrayna böhranını aradan qaldırmaq üçün Cenevrə görüşünün nəticəsi özünü göstərmədi. Əgər bu danışıqlarda tərəflərin silahı yerə qoyması çağırılmışdısa, Ukraynanın şərqindəki rusiyameyilli silahlılar buna getmədilər. Bu, isə Rəsmi Kiyevi addım atmağa vadar edir. Ukraynanı müvəqqəti prezidenti antiterror əməliyyatlarını davam etdirməyi qərara aldı.

Rusiyayönümlü döyüşçülər tərəfindən qaçırılaraq, öldürüldüyü bildirilən iki şəxsin cəsədi aşkarlandıqdan sonra Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov antiterror əməliyyatlarının davam etdirilməsini əmr verib. Prezidentin bəyanatına görə, çərşənbə axşamı Slavyanskda tapılmış həmin cəsədlərin üzərində işgəncə izləri aşkarlanıb. Xüsusi amansızlıqla öldürüldüyü bildirilən şəxslərdən biri şəhər administrasiyasının rəsmisi, digəri isə Turçinovun partiyasının üzvü olub.

Ukraynalı prezidentliyə namizəd Yuliya Timoşenko Donetskin öz müqədərratını təyin etmə ilə bağlı referendumun qanunsuz olduğunu bildirib. Donetskdə şərqlə-qərb tərəfdarlarını barışdırmaq üçün vasitəçilik edən sabiq baş nazir, həm rəhbərlik etdiyi Batkivşina partiyasının, həm də hökümətin rusiyayönümlü etirazçıların tələblərini dinləməyi, o cümlədən regionlara daha geniş səlahiyyətlərin verilməsinə, regionlarda müstəqil büdcələrin yaradılmasına hazır olduqlarını qeyd edib.

Krım Tatar icmasının lideri Ukraynalı deputat Mustafa Cemilevin Krım torpaqlarına 5 il ərzində ayaq basmasına qadağa qoyulub. Krım Tatarları Məclisinin mətbuat xidmətinin verdiyi məlumata görə, sərhəd-buraxılış məntəqəsindək keçən zaman, ona rusiyaya girişin qadağan olunduğu haqqında bildiriş aktı təqdim olunub. Cemilyev bu qadağa baxmayaraq gələcəkdə doğma vətəninə qayıtmağı söz verib. Bir tərəfli tətbiq olunan qadağanın 2019-cu ilə kimi qüvvədə olduğu bildirilir. (ANS)