
Ukrayna Ali Radası ölkədə səfərbərlik elan olunması ilə bağlı qanun layihəsini qəbul edib.
“Axar.az” xəbər verir ki, səfərbərlik Kiyev də daxil olmaqla Ukraynanın bütün regionlarında aparılır.
Krımda da könüllü şəxslər hərbi komissarlıqlara və hərbi hissələrə gedərək adlarını orduya yazdırırlar.
Səfərbərlik qanunun qüvvəyə mindiyi gündən başlayaraq 45 gün davam edəcək.
Qaynar.info