Xəbər lenti

Ukraynada humanitar atəşkəs başladı
Dünya08:57 09.03.2022

Ukraynada humanitar atəşkəs başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada humanitar atəşkəs başlayıb.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın işğal olunmuş ərazilərinin reinteqrasiyası naziri İrina Vereşçuk məlumat verib.
Onun sözlərinə görə, ruslar Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müvafiq məktub göndəriblər:
"Martın 9-u səhər saat 5:30-da Ukrayna Rusiya Federasiyasından bizim əvvəllər təklif etdiyimiz marşrutlar, xüsusən də Buça, İrpen və Mariupoldan humanitar dəhlizlərlə əlaqədar mesaj alıb. Hərbçilər bu gün səhər saat 9:00-dan axşam saat 21:00-dək atəşi dayandırmağa razıdırlar".
Nazir qeyd edib ki, Vorzel, Borodianka, İrpin və Buçadan Kiyevə, Mariupoldan Zaporojyeyə, Volnovaxadan Pokrovskaya, İzyumdan Lozovaya və Enerqodardan Zaporojyeyə humanitar dəhliz açılır.