Melitopoldan olan monastır abbatı işğalçılara kömək edərkən və Ukrayna əleyhinə təbliğat işlərində fəal iştirak edərkən tutulub.
Qaynarinfo xəbər verir ki, bu barədə Zaporojye Vilayət Prokurorluğunun məlumatında
deyilir.
"Ukrayna Zaporojjya yeparxiyasına daxil olan Melitopoldan olan monastır abbatına kollaborasiya fəaliyyətində şübhə ilə bağlı məlumat verilib (Ukrayna Cinayət Məcəlləsinin 111-1 maddəsinin 5-ci, 6-cı hissəsi)", - Prokurorluğun məlumatında deyilir.
İstintaqın fikrincə, din xadimi Melitopol vilayəti ərazisində işğal hakimiyyətinin yaradılmasına yardım edib. Bundan əlavə, 2022-ci ilin avqustundan Ukrayna əleyhinə təbliğat işlərində fəal iştirak edib.
İctimai çıxışlar zamanı o, işğal olunmuş Melitopol sakinlərini Rusiyaya birləşməklə bağlı qanunsuz referendumun keçirilməsini dəstəkləməyə çağırıb.
O, həmçinin Moskva Patriarxlığının digər nümayəndələri ilə birlikdə Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin Rusiyaya qanunsuz ilhaqının elan edilməsi "mərasimində” iştirak edib.
Qeyd olunur ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə şübhəli şəxsə 5 il müddətinə şəxsi sanksiyalar tətbiq edilib.
Alpər