Ukraynada Rusiya ilə müharibə tezliklə həlledici mərhələyə qədəm qoyacaq. Bununla bağlı hesablamalar həftələrlə davam edib.
Qaynarinfo xəbər verir ki, bu haqda NATO baş katibinin müavini Mirça Coana "Əl-Cəzirə” telekanalına
müsahibəsində deyib. Onun sözlərinə görə, hərbi əməliyyatların mümkün eskalasiyası proqnozlaşdırılmır.
"Biz müharibənin həlledici mərhələsinə qədəm qoyuruq”, deyə Coana bildirib.
Baş katibin müavininin sözlərinə görə, NATO əmindir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində qarşılaşdığı hadisədən sonra Alyansa qarşı döyüşmək istəməyəcək.
Alpər