Xəbər lenti

Dünya 19:30 13.04.2024

Ukraynada müharibə nə qədər davam edəcək? - Şolstdan məyusedici proqnoz

Almaniya kansleri Olaf Şolts bildirib ki, Ukraynada müharibə qısa olmayacaq. Onun fikrincə, Qərb Ukraynanı uzun müddət silahlandırmalı olacaq.

Qaynarinfo xəbər verir ki, kansler bu barədə Taz.de-yə müsahibəsində danışıb.

"Mən həmişə demişəm ki, Rusiya bu müharibədə qalib gəlməməlidir. Tez bir zamanda məlum oldu ki, bu, qısamüddətli müharibə olmayacaq. Biz uzun müddət Ukraynanı silah və sursatla təmin etməli olacağıq", deyə Şolts bildirib.

Ukraynada müharibənin nə vaxt bitə biləcəyi sualına cavab verən kansler deyib: "Hazırda bu suala heç kim cavab verə bilməz".

Almaniyanın Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyini vurğulayan Şolts "Ukraynanın qələbə strategiyası nədir" sualına belə cavab verib? "Putinin bu müharibədə qalib gəlməsinin qarşısını almaq".

Vladimir Putinlə dialoqun mümkünlüyünü şərh edən Şolts bildirib ki, onunla sonuncu dəfə 2022-ci ilin dekabrında telefonla danışıb, eyni zamanda, gələcəkdə - vaxtı gələndə Putinlə dialoqun olacağını istisna etmir.

"Vəziyyəti dəyişə biləcəyinizi hiss edəndə bu cür söhbətlər faydalı olur. Hazırda Rusiyanın müharibəsi bunun əleyhinə danışır. Əvvəllər mənim Putinlə bir neçə söhbətim olub, onlar bəzən tənqidi qarşılanırdı. Və bundan sonrakı müzakirələri də istisna etmirəm". 

O qeyd edib ki, belə bir söhbət Rusiya heç bir məcburi sülh olmayacağını başa düşəndə, Putin isə kampaniyanı tərk edib qoşunlarını geri çəkməli olduğunu anlayanda baş tuta bilər.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?