Xəbər lenti

Ukraynada müharibə nə vaxt bitə bilər? - FTB-nin keçmiş direktor müavinindən proqnoz
Dünya09:54 16.04.2022

Ukraynada müharibə nə vaxt bitə bilər? - FTB-nin keçmiş direktor müavinindən proqnoz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukraynada müharibənin nə qədər davam edə biləcəyi və bu müddət ərzində nə qədər insanın qurban olacağı ilə bağlı heç bir dəqiq fikir yoxdur. Bunu diplomatiya həll etməlidir".
Qaynarinfo "Forbes"ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Federal Təhqiqat Bürosunun (FTB) sabiq direktor müavini (2016-2018) Endryu Makkeyb müsahibəsində deyib.
Endryu Makkeyb qeyd edib ki, Rusiya hərbi əməliyyatlarının böyük uğursuzluğu və ukraynalıların müqaviməti heyrətamizdir:
"Ukrayna rəhbərliyini diplomatik prosesdə davamlı iştirakına görə təbrik edirəm. Çünki bir nömrəli məqsəd atəşkəs və ukraynalıların öldürülməsinin qarşısını almaqdır. Lakin diplomatik prizmadan baxanda hansı şərtlərin Kremli hərbi əməliyyatı dayandırmağa sövq edəcəyini anlamaq çətindir". 
Onun fikrincə, diplomatik uğur əldə etmək indiki məqamda inanılmaz dərəcədə çətindir:
"Ancaq siz diplomatiyaya sadiq qalmalısınız, çünki tam qələbə üçün mübarizə illərlə davam edə bilər. Münaqişənin nə qədər davam edə biləcəyi və bu müddətdə nə qədər insanın qurbana çevriləcəyi ilə bağlı heç bir dəqiq fikir yoxdur. Amma nə qədər qeyri-müəyyən görünsə də, mən sizin diplomatiyanıza güvənirəm. Ruslar başa düşməlidirlər ki, bu, qısa və uzunmüddətli perspektivdə onlar üçün yaxşı heç nəyə vəd etmir".
Endryu Makkeyb qeyd edib ki, zaman keçsə də, Rusiyadan gələn təhlükə azalmır:
"Qərb bizim bu təhlükəni az-çox hiss etdiyimiz dövrlərdən keçir. Coğrafi baxımdan daha uzaqda yerləşdiyimizdən bizim üçün daha asandır. Biz ukraynalılar kimi sərhəddə və ya döyüş meydanında deyilik. Buna görə də utanırıq. Ukraynalılar nə baş verməsindən asılı olmayaraq, daim Rusiyanı izləməlidirlər. Onların aqressiyaya meylliliyi, həqiqətən də bütün dünyada münasibət qurduğumuz hər hansı digər xalqlara bənzəmir. Ona görə də mən bu təhlükənin heç vaxt aradan qalxmayacağını düşünürəm”.
Aydın