Xəbər lenti

Ukraynada müharibədə öldürülən jurnalistlərin sayı açıqlandı
Dünya10:56 06.06.2022

Ukraynada müharibədə öldürülən jurnalistlərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri 32 jurnalist öldürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko Telegram kanalında məlumat verib.
"Bu il Jurnalist gününün xüsusi acı dadı var. Genişmiqyaslı müharibənin 4-cü ayı - və biz 32 jurnalistimizi itirdik... 8 il müharibədə biz daha çox itkilər verdik. Ön cəbhədən xəbər verən informasiya döyüşçülərimiz əbədi yaşasın”, - o deyib.
Onun sözlərinə görə, bu gün gecə-gündüz işləyən jurnalistlər qəhrəmandır.
"Biz hibrid müharibə aparırıq, dünya tarixində ilk belə irimiqyaslı müharibədir və bu gün sizin rolunuz əvəzsizdir. Həmçinin sizin məsuliyyətiniz, fədakarlığınız, əzmkarlığınız və cəsarətiniz kimi", - Tkaçenko əlavə edib.
O qeyd edib ki, hazırda vahid xəbər marafonunun vahid cəbhəsində çalışan müxtəlif media qruplarının jurnalistləri digər məsələlərlə yanaşı, danışıqlar aparmaq, əməkdaşlıq etmək bacarığı nümayiş etdirib və bununla da vahid əsas məqsədi – qələbəni hər şeydən uca tutublar.
UNİAN-ın xəbərinə görə, aprelin 1-də Quta kəndi yaxınlığında polis fotojurnalist Maks Levinin cəsədini tapıb. İşğalçılar fotoqrafa atıcı silahlardan iki atəş açaraq öldürmüşdülər.
Mariupol yaxınlığında işğalçılar jurnalist Yevgeni Bala işgəncə veriblər.
Nikolaev yaxınlığında ukraynalı hərbi jurnalist Viktor Dudar rus işğalçıları ilə döyüşdə həlak olub.
Kiyev vilayətinin Gorenka kəndində FoxNews telekanalının operatoru Pyer Zakrevski və ukraynalı jurnalist Aleksandra Kurşinova işğalçıların atəşi altında həlak olublar.
Alpər