Rusiya hərbi əməliyyatları başlayandan bəri dünyanın müxtəlif ölkələrindən ən azı 331 dənizçi Ukrayna limanlarında qapalı qalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Foreign Policy" məlumat
yayıb.
Beynəlxalq Gəmiçilik Palatasının məşğulluq üzrə direktoru Natali Şou bildirib ki, hərbi əməliyyatlar ilk başlayanda Ukraynada 6-7 limanda 200-dən çox gəmi olub. Həmin vaxt ən azı 800 dənizçi limanlarda ilişib qalıb (bəzi hesablamalara görə, min nəfər). Bunlar Hindistan, Suriya, Misir, Türkiyə, Filippin və Banqladeş kimi ölkələrin dənizçiləridir. Onların yarıdan çoxu ölkəni tərk edib.
Nizami Bağırov