Xəbər lenti

Ukraynada polşalı baş komandata verilən hədiyyə Varşavada partladı, yaralılar var
Dünya16:06 15.12.2022

Ukraynada polşalı baş komandata verilən hədiyyə Varşavada partladı, yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün əvvəl Varşavada polisin mənzil-qərargahında Ukrayna xidmətlərində baş komendant tərəfindən alınan hədiyyə partlayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Polşa Daxili işlər nazirliyi məlumat yayıb. 
Partlayış nəticəsində komendant "yüngül xəsarətlər" alıb, o, xəstəxanadadır. Baş Polis İdarəsinin əməkdaşı da yaralanıb.
"Baş polis komendantının kabinetinə bitişik otaqda komendantın bu il dekabrın 11-12-də Ukraynaya işgüzar səfəri zamanı Ukrayna polisi və fövqalədə hallar xitmətlərinin rəhbərləri ilə görüşdə aldığı hədiyyələrdən biri partlayıb. Hədiyyə rəhbərlərindən biri tərəfindən təqdim edilib”, deyə Polşa Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.
Nazirlikdən bildirilib ki, Varşava Ukrayna tərəfindən "müvafiq dəqiqləşdirmələr” istəyib. İşlə prokurorluq və müvafiq xidmətlər məşğul olur.
Nizami Bağırov