Qərb dövlətləri Ukrayna Müdafiə Nazirliyinə qadının rəhbərlik etməsini istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə strana.ua öz "Telegram" kanalında yazır.
Bildirilir ki, hazırkı müdafiə naziri Aleksey Reznikov tutduğu vəzifədən azad edilərək, Böyük Britaniya və ya ABŞ-a səfir göndəriləcək, onun yerinə isə baş nazirin müavini Aleksandr Kubrakov və ya strateji sənaye naziri Aleksandr Kamışin təyin oluna bilər.
"Siyasi dairələrdə yayılan şayiələrə görə, qərbli tərəfdaşlar Müdafiə Nazirliyində qadın rəhbər görmək istəyirlər. Mümkün namizədlər könüllü Mariya Berlinskaya, baş nazirin müavini İrina Vereşçuk və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin direktoru Daria Kalenyukdur", deyə mənbə yazır.
Aydın