Xəbər lenti

Ukraynada ruslardan ibarət "Azad Rusiya" legionu yaradıldı - Rusiyaya qarşı (VİDEO)
Dünya19:59 01.05.2022

Ukraynada ruslardan ibarət "Azad Rusiya" legionu yaradıldı - Rusiyaya qarşı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukraynada peşəkar rusiyalı hərbçilərindən ibarət "Azad Rusiya legionu" yaranıb və döyüşlərin ən qızğın yerlərində özlərini böyük peşəkar kimi göstərirlər".
Qaynarinfo xəbər verir ki, bu haqda Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
Onun bildirdiyinə görə, artıq yüzlərlə müraciət edənlər var, hələlik bir çox yoxlamalardan sonra müəyyən hissəsi döyüşməyə icazə alıb və həmin legiona daxil olub. 
Müşavirin sözlərinə görə, onların devizi "Azad Rusiya üçün mübarizə"dir.
Onlar anlayırlar ki, çox çətin seçim ediblər və bir çoxları onları anlamayacaq. Lakin digər tərəfdən anlayırlar ki, Putin Rusiyanı məhv edib və Putinə qarşı məhz belə mübarizə növünü seçiblər.
Arestoviçin əlavə olaraq bildirib ki, belə legionlar Rusiyanın müxtəlif yerlərində artıq yaranıb və o şəxslər Putin rejiminə qarşı silahlı mübarizə aparmaq niyyətindədirlər. Ukrayna tərəfi bu məsələyə qarışmır və hesab edir ki, bu, rusiyadaxili məsələdir.
Arestoviç onu da əlavə edib ki, Rusiyada olan legion üzvləri silahsızdırlar, amma ümid edirlər ki, ümumi səfərbərlik olacaq.
Nizami Bağırov