Xəbər lenti

Ukraynada seçici fəallığı müşahidə edilir - FOTOLAR
Dünya09:03 25.05.2014

Ukraynada seçici fəallığı müşahidə edilir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Ukraynada növbədənkənar prezident seçkiləri keçirilir. 

Musavat.com-un əməkdaşının Kiyevdən verdiyi xəbərə görə, Ukraynada bütün seçki məntəqələri bu gün səhər saat 07:00-dan etibarən açılaraq, seçiciləri qəbul etməyə başlayıb. 

Ukrayna Mərkəzi Seçki Komissiyasından aldığımız xəbərlərə görə, ölkədə seçici fəallığı olduqca yüksəkdir. 

Kiyevin mərkəzindəki seçki məntəqələrində qələbəlikdir, səsvermədə iştirak etmək istəyən vətəndaşlar uzun növbələrə düzülmək məcburiyyətində qalıblar. 

Yerli vaxtla saat 11:00-da prezidentliyə ən şanslı namizəd hesab olunan Pyotr Poroşenko Kiyev Zabitlər Evində ailə üzvləri ilə bərabər səs verəcək. 

Ukraynadakı seçkiləri müşahidə edən əməkdaşımızın verdiyi son məlumata görə, Kiyev Zabitlər Evində 75 ölkədən gələn onlarla qəzetçi və müşahidəçi fəaliyyət göstərir. 

Onu da qeyd edək ki, Azərbaycan Ukraynadakı növbədənkənar prezident seçkilərinə rəsmi müşahidəçi göndərməyib. 

Qaynar.info