Xəbər lenti

Ukraynada sülh uzun müddət olmayacaq, biz elə edə bilərik ki… - Konfliktoloqlar
Dünya05:56 14.06.2023

Ukraynada sülh uzun müddət olmayacaq, biz elə edə bilərik ki… - Konfliktoloqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya konfliktoloqları Ukraynada hələ uzun zaman sülhün olmayacağını bildirirlər. Lakin onlar hesab edirlər ki, Kiyevə hərbi yardımı dayandırmaq və yalnız danışıqlara "Stavka” etmək yanlış addımdır.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın aparıcı konfliktoloq və xarici siyasət üzrə mütəxəssisləri iyunun 12-də sülh məsələləri üzrə (Friedensgutachten) illik ekspert rəyini təqdim ediblər https://www.dw.com/ru/vojna-budet-dolgoj-uvereny-nemeckie-issledovateli-mira/a-65894185?maca=rus-Red-Telegram-dwglavnoe . 
Mütəxəssislər bildirirlər ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanmasından bəri ikinci ildə zorakılığın sonu görünmür: 
NATO ölkələri müharibənin illər boyu davam edə biləcək ”tükəndirmə” müharibəsinə çevriləcəyinə hazırlaşmalıdırlar. Onların hesablamalarına görə, bu, dünya iqtisadiyyatı üçün əlavə xərclərə səbəb olacaq ki, bu da Almaniya sakinlərinin çiyinlərinə düşəcək. Rəyin başlığının özü bədbin bir çalar yaradır: "Sülhə hələ çox var”.
Ukraynaya yardımı davam etdirmək
"Ölkələr arasında müharibələr və bu müharibənin necə getdiyi ilə bağlı araşdırmalara əsaslanaraq bildiyimiz hər şey bizə deyir ki, yaxın gələcəkdə sülh olmayacaq", - deyə ekspertlərin rəyini təqdim edən Hessen sülh və münaqişə araşdırmaları Fondundan (HSFK) professor Nikol Daytelhof giriş nitqində ümumiləşdirərərk bildirib. 
Müharibənin uzadılmasının baha qiymətinə baxmayaraq, ekspertlər Ukraynaya hərbi dəstəyi dayandırmamağı və bütün səyləri sülhə nail olmağa yönəltməyi tövsiyə edirlər. Kiyevə kömək edilməsə, Rusiya hərbi ekspansiyasını davam etdirəcək - ələ keçirilən ərazilərin dinc əhalisi üçün ölümcül nəticələrlə. "Bizdə olan məlumatlara əsasən, bir sıra açıq məktublarda, manifestlərdə və nümayişlərdə səslənən təcili danışıqlar adı ilə Ukraynaya hərbi yardımın dayandırılması tələbi uzunmüddətli sülh gətirməyəcək", - Nikol Daytelhof qeyd edir. 
Bununla belə, Ukraynaya hərbi yardımla eyni vaxtda Almaniya gələcək sülh danışıqları üçün zəmin hazırlamalı, sülh təşəbbüslərini (o cümlədən Çin və Braziliya da daxil olmaqla ən gözlənilməz oyunçulardan) dəstəkləməli və öz sülh planını irəli sürməlidir.
Ekspertlər "Vaqner"ə qarşı sanksiyalar tələb edirlər
Mütəxəssislər təşvişlə bildirirlər ki, qeyri-dövlət aktorları bir çox münaqişələrdə getdikcə daha mühüm rol oynayır - yalnız Cənubi Amerikada narkotik kartelləri arasında münaqişələr ildə 20 min insanın ölümünə səbəb olur.
Eyni şey Rusiyanın "Vaqner" özəl hərbi şirkətdən olan muzdlulara da aiddir ki, bu da onun iştirak etdiyi münaqişələrə əlavə sabitliyi pozan təsir göstərir - muzdlular xüsusi qəddarlıqla hərəkət edə bilərlər, belə ki, çox vaxt sifarişçilər onların hərəkətlərinə nəzarət edə bilmirlər. Mütəxəssislər Almaniya hakimiyyətindən "Vaqner" özəl hərbi şirkətinə qarşı sanksiyalar tətbiq etməyi və onu cinayət təşkilatları siyahısına əlavə etməyi tələb edirlər.
Demokratiyaya inam
Konspiroloji nəzəriyyələr, eləcə də Rusiya dezinformasiyası Almaniya cəmiyyətində gələcəklə bağlı qeyri-müəyyənliyin, qorxu və məyusluğun yayılmasına kömək edir. Ekspertlər Almaniya hakimiyyətinə təhsil və maarifləndirmə proqramlarına sərmayə qoymağı və cəmiyyəti qütbləşdirən bəyanatlardan qaçmaq üçün siyasi oyunçulara müraciət etməyi tövsiyə edir - bu, bütün siyasi partiyalara və ümumilikdə demokratiyaya inamın azalmasına gətirib çıxarır.
"Bəlkə də sülh uzun müddət olmayacaq, lakin biz belə edə bilərik ki, uzun müddət çox uzun müddətə çevrilməsin", - Nikol Daytelhof yekunlaşdırır.
Qeyd edək ki, sülh məsələlərinə dair ilk ekspert rəyi 1987-ci ildə dərc edilib. Onun məqsədi elmi ictimaiyyətlə siyasət arasında dialoqu təşviq etmək, həmçinin sülh siyasəti sahəsində praktiki təlimat verməkdir.
Hessen sülh və münaqişə araşdırmaları fondundan başqa, sənədin müəllifləri arasında Bonn beynəlxalq konversiya mərkəzi (BICC), Hamburqda yerləşən Sülh və təhlükəsizlik siyasətinin öyrənilməsi institutu (IFSH) və Duysburq-Essen Universiteti nəzdində İnkişaf və sülh İnstitutu (INEF) da var. 
Nizami Bağırov