Xəbər lenti

Ukraynada sülhməramlı missiya: Bu, yeni müharibə deməkdir? (ŞƏRH)
Dünya13:38 26.03.2022

Ukraynada sülhməramlı missiya: Bu, yeni müharibə deməkdir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu ideyanın reallaşması hələ ki, inandırıcı deyil və onun mexanizmləri də yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ukraynaya BMT və ya NATO-nun sülhməramlı missiyasını göndərmək ideyasının real olub-olmadığı və onun mexanizmləri barədə danışarkən deyib. Onun sözlərinə görə, ideyanın baş tutması üçün ilk növbədə Rusiya ilə Ukrayna anlaşmalıdır:
"Kiyevlə Moskva anlaşarsa, birgə bəyanatla saziş, ya müqavilə imzalasalar və həmin sənəddə sülhməramlı missiya məsələsi öz əksini taparsa, bu halda Ukraynada sülhməramlı missiyanın həyata keçməsi mümkün olacaq. Ancaq tək Ukrayna tərəfinin istəyilə sülhməramlı qüvvələr bu ölkəyə daxil olacaqsa, onda onlar Rusiya qüvvələrilə toqquşmalı olacaqlar. Bu isə daha böyük müharibəyə səbəb ola bilər”. 
Ekspert qeyd edir ki, mövcud situasiyada həmin missiyanın gerçəkləşməsi mexanizmləri də yoxdur:
"BMT bunu etməz. Çünki BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri Rusiyadır. NATO isə bunu birtərəfli qaydada etmək istəmir. Ona görə ki, həmin addım Rusiya ilə toqquşmaya gətirib çıxarar. Başqa elə bir beynəlxalq qurum yoxdur ki, o, Ukraynada sülhməramlı missiyanı həyata keçirə bilsin. Ona görə də, bu ideyanın reallaşması hələ ki, inandırıcı deyil”.
Rüfət Sultan