Xəbər lenti

Ukraynada vəziyyət yenidən gərginləşdi
Dünya07:55 07.04.2014

Ukraynada vəziyyət yenidən gərginləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın şərqində və cənub şərqində vəziyyət yenidən gərginləşib.

Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bazar günü rusiyameyillilərin keçirdiyi mitinqlər zamanı aksiya iştirakçıları Xarkov, Luqansk və Donetskdə dövlət administrasiya binalarına hücum edərək bu binaları zəbt ediblər. Donetskdə aksiya iştirakçıları Təhlükəsizlik Xidmətinin binasını ələ keçiriblər.

Aksiyalarda yaşadıqları bölgələrin federallaşmasını və Rusiyaya birləşdirilməsi şüarı səsləndirilib.

Xəbər verilir ki, bu gün Donetskdə vilayətin federallaşması ilə bağlı referendum keçriləcək.

Ukrayna Daxili işlər naziri Arsen Avakov isə bəyan edib ki, artıq bu gün səhər Xarkovda dövlət administrasiyası separatçılardan tam azad edilib.

Qaynar.info