Xəbər lenti

Ukraynada yaralanan azərbaycanlı sürücülərdən biri vəfat etdi
Dünya14:26 04.03.2022

Ukraynada yaralanan azərbaycanlı sürücülərdən biri vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Xarkov şəhərində yaralanan azərbaycanlı sürücülərdən biri - Tahirov Samir Sürəddin oğlu bu gün vəfat edib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.
Məlumatda görə, dünyasını dəyişən sürücünün nəşinin ölkəyə gətirilməsi istiqamətində aidiyyatı orqanlar tərəfindən tədbirlərə başlanılıb. Digər yaralı - Bayramov Yusif Asif oğlunun səhhəti isə normaldır.