Xəbər lenti

Ukraynada yeni doğulan  əcnəbilərə satılırmış
Dünya17:28 03.08.2023

Ukraynada yeni doğulan  əcnəbilərə satılırmış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın hüquq-mühafizə orqanları Kiyev və Xarkovdakı tibb klinikalarında surroqat analar tərəfindən doğulan uşaqların əcnəbilərə satılması ilə bağlı cinayət sxemini ifşa ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu Telegram kanalında məlumat yayıb. İstintaqın məlumatına görə, cinayətkar təşkilatın tərkibində 12 nəfər olub.
Kiyev şəhər prokurorluğunun prosessual rəhbərliyi ilə cinayətkar təşkilatın 12 üzvü insan alverində ittiham edilib. 
Sxemin təşkilatçıları Kiyev və Xarkovda reproduktiv tibb sahəsində xidmət göstərən tibbi klinikaların rəhbərləri olub. Cinayət təşkilatına klinika işçiləri, menecerlər, inzibatçılar və hüquqşünas da daxildir.
Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirmişdi ki, Ukrayna rəhbərliyi qadınları surroqat ana olmağa məcbur edir . O, iddia edir ki, nəqliyyatda, sosial şəbəkələrdə bu cür xidmətlərlə bağlı reklamlar yerləşdirilir və qadınlar ərləri cəbhəyə göndərildiyi üçün özlərini dolandırmaq üçün bu yola getməli olurlar. Onun sözlərinə görə, Kiyev uşaqlara qarşı bir çox cinayətlərə, o cümlədən yetkinlik yaşına çatmayanların alverinə görə məsuliyyət daşıyır.