Xəbər lenti

Ukraynadakı hərbi əməliyyatlar alman biznesinə kiberhücumların artmasına səbəb olub - "Bloomberg"
Dünya11:16 12.06.2023

Ukraynadakı hərbi əməliyyatlar alman biznesinə kiberhücumların artmasına səbəb olub - "Bloomberg"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Alman şirkətlərinin 11%-i hakerlərin qurbanı olub: 50000 kiberhücum
2022-ci ildə alman şirkətlərinin 11%-i hakerlərin qurbanı olub ki, bu da təxminən 50 000 kiberhücuma bərabərdir. Ukraynadakı hərbi əməliyyatlar ölkədə haker hücumlarının kəskin artmasına səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazır. 
Agentlik bu barədə Texniki nəzarət orqanları assosiasiyası (TUV) və Almaniya Federal informasiya təhlükəsizliyi idarəsinin (BSI) sorğusuna istinad edir. Sorğuda iştirak edənlər arasında müəssisələrin 58%-i "Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra kibertəhlükəsizlik riskinin artdığını” qeyd edib. Xüsusilə, bu təhlükə iri müəssisələr, dövlət sektoru və tibb şirkətləri üçün kəskin olub. Risklərə qarşı çıxmaq üçün təsirə məruz qalan müəssisələrin 55%-i kibertəhlükəsizliyi gücləndirib.
TUV prezidenti Yohannes Busmanın sözlərinə görə, süni intellektdəki inkişaflar da kiberhücum riskinin artmasına səbəb olur. "Fişinq məktubunu asanlıqla ifşa edən səhvlər və yöndəmsiz ifadələr tezliklə yox olacaq”, - o, narahatlığını bildirib. 
Nizami Bağırov