Dünya 13:00 22.11.2022

Ukraynadakı müharibə Fransa və Almaniya arasında münasibətləri pisləşdirib

Ukraynadakı müharibə Avropanın ən güclü dövlətlərini heç vaxt olmadığı kimi bir-birinə qarşı qoyub.

Qaynarinfo xəbər verir ki, bu fikri "Foreign Policy” jurnalı dərc edib.

Nəşr qeyd edir ki, Paris Berlini "qeyri-Avropa davranışında” günahlandırır, ona görə ki, alman tərəfi Çinlə birtərəfli sövdələşmələr bağlamağa, Kiyevə maliyyə və maddi dəstəyi azaltmağa başlayıb, həmçinin analoji fransız istehsalı olan təyyarələr əvəzinə ABŞ-ın F-35 qırıcıları sifariş edib. 
"Almaniyanın birdən-birə Fransanın razılığı olmadan birtərəfli təşəbbüslərlə çıxış etməsi Paris və Berlin arasındakı kövrək balansı pozur”, - məqalə müəllifi hesab edir.

Nəşr eyni zamanda vurğulayır ki, Almaniyaya qarşı bu cür tənqidlərin əsas səbəbi Avropa İttifaqının bu ölkənin Avropanın qalan hissəsində hökmranlıq etməsinə mane olmaq istəyidir.

Bundan əvvəl Almaniya kansleri Olaf Şoltsun Fransa prezidenti Emmanuel Makronun Çinə birlikdə səfər etmək təklifindən imtina etdiyi bildirilirdi. Eyni zamanda, alman kansleri Hamburq liman terminalındakı payını satmaq üçün Pekinə tək gedib.

Nizami Bağırov