Danimarkanın paytaxtında Ukraynadakı vəziyyətlə bağlı sülh konfransı keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Deutschlandfunk" nəşri
yazıb.
Nəşrin məlumatına görə, hadisə ən ciddi məxfilik şəraitində baş tutub. Konfransın keçirilməsi təşəbbüsü Kiyevdən gəlib.
"Deutschlandfunk"un məlumatına görə, bir sıra Qərb ölkələrinin nümayəndələri ilə yanaşı, burada Çin, Hindistan, Braziliya, Cənubi Afrika və digər ölkələrin diplomatları iştirak ediblər. Nəşr qeyd edir ki, indiyədək bu ölkələr Ukrayna münaqişəsində əsasən neytral mövqe tutublar.
Nəşrin materialında o da bildirilir ki, rəsmi sülh danışıqları bu ilin iyulunda baş tuta bilər.
Danimarka hökuməti konfransın məzmunu ilə bağlı rəsmi açıqlama verməyib.
Aydın