Xəbər lenti

Ukraynadakı rus ordusunda ciddi kadr çatışmazlığı: Moskva yollar axtarır
Dünya05:55 01.09.2022

Ukraynadakı rus ordusunda ciddi kadr çatışmazlığı: Moskva yollar axtarır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynadakı Rusiya ordusunda ciddi kadr çatışmazlığı yaşayır və qoşunlarının sayını artırmaq yollarını axtarır.
Bu barədə Qaynarinfo "CNN”ə istinadən xəbər verir. 
Bu məlumat ABŞ kəşfiyyatının bu yaxınlarda məxfilik dərəcəsi aşağı salınan məlumatlarına əsaslanır. Televiziya kanalına bunu ABŞ administrasiyasının iki əməkdaşı təsdiqləyib.
"Biz hesab edirik ki, Rusiya Müdafiə Nazirliyi müqavilə əsasında əsgərlər cəlb etməklə, xüsusən də yaralı əsgərləri döyüş meydanına qayıtmağa həvəsləndirmək, özəl mühafizə şirkətlərindən işçilər cəlb etməklə və çağırışçılara bonuslar verməklə bu boşluğu doldurmağa çalışır", - adını açıqlamayan ABŞ rəsmisi deyib.
Onların fikrincə, Rusiya Müdafiə Nazirliyinin əfv və pul təzminatı müqabilində Ukraynada mühakimə olunan cinayətkarları öz sıralarına cəlb etməyə başlayacağına dair etibarlı məlumatlar var.
Xatırladaq ki, keçən həftə Vladimir Putin qoşunların sayının 137 min nəfər artırılması barədə fərman imzalayıb, lakin Rusiya Müdafiə Nazirliyinin bu tapşırığı dəqiq necə yerinə yetirəcəyi hələ də bəlli deyil.
Nizami Bağırov